Anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm | Icma.az
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qubada odun parçası ilə 85 yaşlı anasını döyərək qətlə yetirməkdə təqsirləndirilən Zülfüqar İsmixanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
SİA-nın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 14 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Quba rayonunun Bağbanlar kəndində qeydə alınıb.
İttihama görə, 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanov spirtli içki təsiri altında anası, 1938-ci il təvəllüdlü Zöhrə İsmixanovaya odun parçası ilə zərbələr vurub.
Nəticədə qadın aldığı xəsarətlərdən ölüb. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam ö
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu