Anasının ad gününü bu fotolarla təbrik etdilər

06.08.2026

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əkiz bacılar Sevil və Sevinc Səfərova analarının doğum günü münasibətilə paylaşım ediblər.

Axşam.az xəbər verir ki, ifaçılar sosial şəbəkə hesablarında ailə fotolarını yayımlayaraq analarına ürək söszlərini yazıblar:

"Ad günün mübarək, əziz anam! Sən bizi dünyaya gətirəndən böyüdənə qədər o qədər əziyyətlərdən keçmisən ki, bütün həyatını bizə həsr etmisən. Biz sənin üçün nə qədər etsək də, yenə də sənin bizim üçün etdiklərinin qarşılığını heç vaxt ödəyə bilmərik. Allah sənə uzun ömür, möhkəm can sağlığı və xoşbəxt günlər nəsib etsin. Səni çox sevirik!".

Qeyd edək ki, paylaşılan ailə fotosunda Sevil və Sevincin anaları ilə yanaşı, qardaşlarının həyat yoldaşı və övladı da yer alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью