Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Britaniyalı aktrisa Reyçel Sterlinq etiraf edib ki, “Taxt oyunları” serialında Olenna Tyrell obrazı ilə yadda qalan anası, aktrisa Diana Riqqin külündən vaxtaşırı az miqdarda yeyir.
OLAY yazır ki, aktrisa hər tamaşanın premyerasından əvvəl anasının külündən bir-iki dənə qırıntı yediyini açıqlayıb. 49 yaşlı Sterlinq bunu heç də qəribə hesab etmir və bu ritualı təbii qəbul edir.
“Bu barədə insanlara danışanda şoka düşürlər, amma mənim üçün bu, tamamilə təbiidir. O, məni əhatə edir, qoruyur və qucaqlayır. Anam mənim super gücümdür” deyə aktrisa bildirib.