Anasının sevdiyi mahnını oxuyub hönkür hönkür ağladı Foto

27.04.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, ötən həftə məşhur türkiyəli müğənni, meqastar Tarkanın anası Neşe Tevetoğlu vəfat edib.

“Qafqazinfo”nun “Haberler.com”a istinadən məlumatına görə, anasının vəfatı səbəbindən bəzi konsertlərini ləğv edən Tarkan Almaniyanın Ştutqart şəhərində yenidən sevənləri ilə bir araya gəlib.

Konsertə anasının sevimli mahnısı ilə başlayan meqastar səhnədə göz yaşlarına boğulub, hönkür-hönkür ağlayıb.

Anasının fotosunu proyektora yerləşdirən Tarkan “Uzun, ince bir yoldayım” mahnısını ifa edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью