futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Neftçi” sabiq futbolçusu Anatoli Banişevskinin adını əbədiləşdirməyə davam edir.
Futbolpress.az xəbər verir ki, bu gündən etibarən “Neftçi”nin ev oyunlarını keçirdiyi “Palms Sports Arena”nın ən böyük tribunalarından biri – “Cənub” tribunası Azərbaycan futbolunun əfsanəsi, anadan olmasından 80 il ötən Anatoli Banişevskinin adını daşıyacaq.
Bununla “Neftçi” əfsanəvi “9 nömrə”nin adının əbədiləşdirilməsi yolunda növbəti addımı atıb.