futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Macarıstan Yüksək Liqasında V turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” öz meydanında “Debretsen”i qəbul edib. Qarşılaşmada qol vurulmayıb — 0:0.
A. Nuriyev matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 72-ci dəqiqədə Çaba Herki əvəzləyərək meydana daxil olub.
Qeyd edək ki, “Kişvarda” 5 turdan sonra topladığı 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.