Anbar partladı! 3 ÖLÜ, 2 YARALI

09.12.2024

Icma.az bildirir, News24 portalına istinadən.

Çinin Henan əyalətində anbarda pirotexniki vasitələrin partlaması nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə hallar idarəsi məlumat yayıb. 

Hadisə ötən gün səhər Kayfınq vilayətinin Veyşi rayonunun Çiensun kəndində yerləşən binada baş verib.

Hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью