Anbarda dəhşətli PARTLAYIŞ: 1 nəfər dağıntılar altında qaldı, yaralılar var

25.04.2025

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Tuzla vilayətində bərk məişət tullantılarının saxlandığı anbarda baş verən partlayışda 5 nəfər yaralanıb.

News24.az xəbər verir ki, fəlakət anı təhlükəsizlik kamerasına düşüb.

Partlayış zamanı 1 nəfər dağıntılar altında qalıb. Hadisədən sonra əraziyə yanğınsöndürən, polis və təcili yardım gəlib. Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Sözügedən hadisənin görüntülərini təqdim edirik./Medianews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью