Anbardakı güclü yanğın söndürüldü Video

25.09.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

14:26

Paytaxtın Xətai rayonunda, NZS ərazisində təkər tullantıları yığılmış anbarda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a bildirilib ki, hazırda yanğın baş vermiş əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

Xətai rayonunda baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğının tam söndürülməsi üçün tədbirlər davam etdirilir.

***

Xətai rayonunda təkər tullantıları yığılmış ərazidə baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью