Ancaq bu halda Azərbaycan futbolu dirçələ, istənilən səviyyəyə yetişə bilər” Tahir Süleyma…
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan futbolu üçün möhtəşəm başlayan (“Qarabağ”ın Avropa Liqasındakı parlaq oyunlarını nəzərdə tuturuq), ancaq heç də eyni şəkildə bitməyən 2024-ə yekun vururuq.
Yığma tarixində il dəfə Millətlər Liqasında D liqasına yuvarlanıbsa, nə deyəsən, nədən danışasan?!Futbol ictimaiyyətinin nümayəndələrindən Tahir Süleymanovla söhbətdə iki suala cavab axtardıq: 2024-ü Azərbaycan futbolu üçün necə qiymətləndirirsiz, il nə ilə yadda qaldı?
2025-ci ildən futbolumuz adına nə gözləyirsiz?“Futbol adına 2024-ün ən yaddaqalan hadisəsi növbəti hesabat-seçki konfransının keçirilməsi oldu.
Uzun illərdən sonra AFFA rəhbərliyində strateji vəzifələrə yeni adlar gəldi.
Qalaq-qalaq yığılmış problemləri qısa vaxtda aradan qaldırmaq mümkün olmasa da, strateji yanaşmada, kadr islahatlarında operativlik göstərilməliydi.
İndiki futbol sistemsizliyində rahatlıq, məsuliyyətin mənəvi və faktiki dərk edilməməsi qəbuledilməzdi.
AFFA-da dəyişiklərdən sonra futbol ictimaiyyəti arasında müəyyən ümidlər yaransa da, pərakəndəlik, qərarsızlıq fonunda inam azalmağa başladı.
Tam oxu
Xəbəri oxu