Ancelina Coli Bred Pitti izləməkdə ittiham olundu

23.06.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hollivud aktrisası Ancelina Coli keçmiş əri, aktyor Bred Pitti təqib etməkdə ittiham edilib.

Oxu.Az bu barədə "News Nation" nəşrinə istinadla xəbər verir.

Mənbənin nəşrə verdiyi məlumata görə, Bred Pitt "Formula-1" filmini tanıtmaq üçün Nyu Yorka uçub: "Aktyor sevgilisi İnes de Ramonla "Whitby" otelində qalıb. Ancelina Coli də Nyu-York şəhərinə gəlib. Hərçənd bunun üçün heç bir aşkar səbəbi olmayıb".

Mənbənin sözlərinə görə, aktrisa keçmiş ərini təqib edir.

Qeyd edək ki, ötən il dekabrın 31-də "People" jurnalı Ancelina Coli və Bred Pittin boşanmalarını yekunlaşdırmaq üçün razılığa gəldiyini yazmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью