Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Hollivud ulduzu Ancelina Coli Los-Ancelesdəki evini satdıqdan sonra Konnektikut ştatında mülk alıb.
Axşam.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb. Aktrisanın bu ştatdakı qonşuları arasında Kit Riçards, Maykl C. Foks və Meril Strip kimi məşhurlar da var.
Qeyd edək ki, sentyabrın 24-də Ancelina Coli Los-Ancelesdəki evini 24,75 milyon dollara (təxminən 42 milyon manat) satıb. Vaxtilə rejissor Sesil B.DeMillə məxsus olan malikanəni aktrisa 2017-ci ildə, Bred Pittlə boşandıqdan bir il sonra 24,5 milyon dollara (təxminən 41,65 milyon manat) almışdı.
Colinin Nyu-Yorkda da müvəqqəti yaşayış üçün istifadə etdiyi daşınmaz əmlakı var.