Ancelina Coli Xarkova səfər etdi

07.09.2026

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Amerikalı aktrisa Ancelina Coli Ukraynanın şərqində yerləşən Xarkov şəhərinə səfər edib.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna Boks Federasiyası məlumat yayıb.

Federasiyanın “Telegram” kanalında yayılan məlumata görə, Coli şəhərdəki boks klublarından birini ziyarət edib. Onun oğlu Noks da klubda keçirilən muay-tay məşqində iştirak edib.

Ancelina Coli avqustun sonunda Ukraynaya gəlib. O, Xarkovdan əvvəl Lvov, Ternopil və Poltava şəhərlərinə də səfər edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью