Ancelina Colidən dünyada gündəm olan görüntüyə reaksiya FOTO

28.01.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məşhur Hollivud aktrisası Anjelina Coli İranda yaşanan hadisələrə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, o, rejim qüvvələri tərəfindən öldürülmüş anasının məzarı üstündə ağlayan qızın fotosuna laqeyd qala bilməyib.
Özünün “İnstagram” hesabında 30 yaşlı Parisa Laşkarinin 7 yaşlı qızı haqqında bunları yazıb:
"Heç bir uşaq bu cür kədəri daşımamalıdır. Qoy anasının xatirəsi ehtiramla yad edilsin və həqiqət bərqərar olsun, mülki şəxslər qorunsun, məsul şəxslər məsuliyyət daşısın və onu axtaran hər kəs daha böyük azadlıq qazansın".
Xatırladaq ki, Parisa 10 yanvarda İranın Fars əyalətinin Nurabad şəhərində keçirilən etiraz aksiyaları zamanı öldürülüb.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью