Ancelina Colinin adı Epşteynlə hallandı İki dəfə çağırıbmış

04.02.2026

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur “Hollivud” aktrisası Ancelina Colinin pedofiliya, insan alveri və müxtəlif cinayətlərdə ittiham olunan amerikalı biznesmen Cefri Epteyni iki dəfə film premyerasına dəvət etdiyi iddia olunur. 

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Ədliyya Nazirliyinin “Epşteyn işi” üzrə dərc etdiyi sənədlərdə bildirilir.

Məlumata görə, Coli biznesmeni 2014 və 2017-ci illərdə filmlərinin təqdimatına dəvət edib. Epşteyn, aktrisanın “Unbroken” filminin premyerası və şam yeməyinə dəvətinə “mütləq orada olacağam, iki qonaq da gətirəcəm”, – cavabını verib.

Oxşar cavab, həmçinin 2017-ci ilin sentyabr ayında Colinin rejissorluq işi olan “First They Killed My Father” filminin premyerası ilə bağlı yazışmalarda da yer alıb.

Maraqlıdır ki, mediada maliyyəçinin qırmızı xalçadan çəkilmiş şəkilləri və ya aktrisanın yuxarıda adı çəkilən premyeralarından rəsmi fotosessiyalar yoxdur.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью