Ancelina Coliyə bənzəyən rusiyalı bloger gündəm oldu

18.06.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyalı bloger Tatyana Dukanın son paylaşımı əsl sensasiyaya səbəb olub.

BAKU.WS xəbər verir ki, gənc qadın son paylaşımında Hollivud ulduzu Ancelina Coliyə olan bənzərliyi ilə izləyicilərini heyrətləndirib.

Blogerin paylaşımı qısa müddətdə viral olaraq 1,3 milyondan çox baxış toplayıb.

Tatyana klassik qara palto, yığılmış saç düzümü və xüsusi makiyajı ilə kamera qarşısına keçib. Bu obraz Ancelinanın dünyaca məşhur stillərini xatırladıb.

İzləyicilər Tatyananı çox bəyəniblər.

Onun ünvanına "Colinin daha yaxşı versiyası", "Siz Colidən daha qəşəng görünürsünüz. Onun ən yaxşı versiyasısınız!", Bax bu, əsl rusiyalı Ancelina Colidir", İnanılmaz dərəcədə bənzəyirsiniz, bir anlıq elə bildim ki, fotodakı elə Colinin özüdür", Yox, məncə, Coli 100% sizə bənzəməyə çalışır" kimi şərhlər yaziblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью