Ancelina Coliyə nə olub? Uşaqları onun səhhətindən narahatdır

09.04.2025

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hollivud ulduzu Ancelina Coli son vaxtlar kəskin arıqlaması ilə gündəmə gəlib. 
Demokrat.az
xəbər verir ki, 2024-cü ilin yayında baş rolda çəkildiyi "Mariya" filmindəki zahiri görünüşü pərəstişkarlarını qorxuya salıb. 
Aktrisanın uşaqları isə onun səhhəti ilə bağlı ciddi narahatlıq keçirir və anoreksiyanın yenidən qayıtmasından ehtiyatlanırlar.
Mənbələrin "RadarOnline.com" saytına verdiyi məlumata görə, Colinin uşaqları anasının qidalanmasına diqqətlə nəzarət edir. Onlar birgə market alış-verişinə çıxır, onu qənnadı məhsulları ilə şirnikləndirir və hər axşam ev yeməkləri bişirərək, aktrisanı çəki yığmağa təşviq edirlər.
"Onun ayaq biləkləri incə budaqlara bənzəyir, hələ də çox arıq görünür. Amma uşaqlarının diqqətli nəzarəti sayəsində indi bir az daha çox yeyir", - deyə mənbə bildirib.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью