Ançelotti 150 yə ÇATDI

20.01.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Karlo Ançelotti İspaniyanın "Real" klubunda baş məşqçi kimi 150-ci qələbəsini qazanıb.

Bakıvaxtı.az "Opta"ya istinadən xəbər verir ki, yubiley qalibiyyəti La Liqanın XX turunda "Las Palmas"la oyuna (4:1) təsadüf edib.

O, İspaniya çempionatında bu rəqəmə çatan 22-ci mütəxəssisdir. Paytaxt təmsilçisini baş məşqçi kimi 210 qarşılaşmaya çıxaran Ançelotti bunların 34-də heç-heçə edib, 26-da isə məğlub olub.

"Kral klubu"nun tarixində rekord Migel Munyosa (257) məxsusdur.

Qeyd edək ki, "Real" 46 xalla La Liqada liderdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью