Ançelotti Ardanı mükafatlandırır Türk futbolçu ilkə imza atacaq

27.11.2024

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Arda Gülerin Çempionlar Liqasında "Liverpul"la matçda start 11-də meydana çıxacağı iddia edilir.

Metbuat.az xəbər verir ki, bu reallaşarsa Arda ilk dəfə “Real”da Çempionlar Liqası oyununda start heyətdə meydana çıxacaq. Arda daha əvvəl nəhənglər liqasının 3 qarşılaşmasında əvəzedici heyətdə meydana çıxıb. “Cadena SER”in xəbərinə görə, Ançelotti "Leqanes" matçında göstərdiyi performansla yenidən diqqətləri üzərinə çəkən Arda ilə bağlı fikrini dəyişib. Ançelotti Ardaya daha çox şans vermək istəyir.

Qeyd edək ki, Ardan Güler bu mövsüm "Real Madrid" forması ilə 13 oyun keçirib. Meydanda cəmi 382 dəqiqə qalan Arda 1 məhsuldar ötürmə ilə çıxış edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью