​Ançelotti Ardanı unutdu Böhran səngimir

24.02.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

İspaniya La Liqasının 25-ci həftəsində "Real Madrid" “Jirona”nı qəbul edib.

Metbuat.az xəbər verir ki, oyun “Real”ın 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. Baş məşqçi Karlo Ançelotti Arda Güleri meydana daxil etməyib. Məlumata görə, Arda Güler La Liqada 5 oyundur forma geyinmir. Bundan əvvəl, Arda UEFA Çempionlar Liqasında “Real”ın "Mançester Siti"ni 3-1 hesabı ilə məğlub etdiyi oyunda da forma şansı əldə etməyib. Oyunun yekunlaşmasına 8 dəqiqə qalmış, “Real Madrid” qarşılaşmada 3-0 öndə olarkən Ançelotti meydana Modriçi buraxıb.

“Real”ın üstün olduğu halda gənc futbolçunun yerinə məşqçinin meydana Modriçi buraxması etirazla qarşılanıb. Arda Gülerin “Real”dan ayrılmağı nəzərdən keçirdiyi iddia edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью