Ançelotti: “Belə anlarda futbol dayanmalıdır”

05.11.2024

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında "Milan"a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis İspaniyanın Valensiya bölgəsində baş verən daşqınlar nəticəsində çox sayda insanın ölməsinə toxunub:

"Belə anlarda futbol dayanmalıdır. Futbol əyləncədir və insanlar ölərkən siz sevinməməlisiniz. Düşüncələrim və bütün dualarım bu tragediyadan təsirlənən insanlarladır. 2024-cü ildə belə hadisə olduğuna inana bilmirəm".

Ötən həftə Valensiyada baş verən daşqınlar nəticəsində 200-dən çox insan vəfat edib.

"Real" bu gün Madriddə "Milan"la üz-üzə gələcək. Görüşə saat 00:00-da start veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью