Ançelotti Braziliya millisinin problemini açıqladı

14.06.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Mərakeşlə keçirilən oyunu şərh edib.

İdman.Biz “Globo”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis 1:1 hesabı ilə yekunlaşan qarşılaşmada komandasının xüsusilə ilk hissədə yaxşı təsir bağışlamadığını bildirib.

“Birinci hissədə komanda pis oynadı, ikinci hissədə isə daha yaxşı təsir bağışladı. İmkanlarımız oldu. Daha da inkişaf etməliyik”, - deyə Ançelotti vurğulayıb.

Qeyd edək ki, C qrupunun matçında hesabı 21-ci dəqiqədə Mərakeş millisinin futbolçusu İsmayıl Saybari açıb. Vinisius Junior 32-ci dəqiqədə tarazlığı bərpa edib.

Braziliya bununla da Dünya Çempionatlarının ilk oyunlarındakı məğlubiyyətsiz seriyasını davam etdirib. Beşqat dünya çempionu mundiala sonuncu dəfə 1934-cü ildə məğlubiyyətlə başlayıb.

Qrupun ikinci turunda Braziliya Haiti, Mərakeş isə Şotlandiya ilə qarşılaşacaq.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью