Ançelotti Braziliyanın gənc futbolçularının problemini açıqladı

23.09.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti ölkə futbolundakı gənc oyunçularla bağlı problemdən danışıb.

İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis hesab edir ki, Braziliyanın perspektivli futbolçularının inkişafındakı əsas problemlərdən biri onların kifayət qədər oyun praktikası qazanmamasıdır.

“Braziliya millisinin məşqçilər heyəti hesab edir ki, gənc futbolçularla bağlı problem onların oynamadıqları üçün yetərincə yetişməməsidir”, - Ançelotti bildirib.

O, fikrini Endrik və Estevao nümunələri ilə əsaslandırıb:

“Endrik və ya Estevao kimi halları götürək. Onlar 18-19 yaşlarında Braziliyanı tərk edir, Avropanın top-klublarına gedirlər və orada kifayət qədər oyun praktikası qazanmırlar”.

Ançelottinin sözlərinə görə, gənc futbolçuların inkişafında müntəzəm olaraq meydanda olmaq mühüm amillərdən biridir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью