Ançelotti bu iki futbolçuya görə məyusdur

10.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandanın iki futbolçusuna görə məyus olub.

Publika.az xəbər verir ki, “Fichajesin” sözlərinə görə, Ançelotti Lukas Vaskes və Ferland Mendinin çıxışından razı deyil. Karlo oyunçulara daim güvənir, lakin hər dəfə də onların oyun səviyyəsinin “Real”a uyğun gəlmədiyinə əmin olur.

“Kral klubu” qışda Vaskes və Mendinin mövqelərinə yeni transferlər axtaracaq.

Qış transfer pəncərəsi üçün əsas məqsəd Mendi ilə rəqabət aparacaq sol müdafiəçi tapmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью