Ançelotti ÇL də ən çox oyuna görə məşqçilik rekordunu təkrarladı

30.01.2025

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında (ÇL) oyunların sayına görə klubun məşqçilik rekordunu təkrarlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə kral klubunun mətbuat xidməti məlumat yayıb.
Beləliklə, Ançelotti üçün ümumi mərhələnin 8-ci turunun “Brest”lə oyunu (3:0) Madrid komandasının baş məşqçisi kimi avrokuboklarda 71-ci olub.
“Real Madrid”in əfsanəvi baş məşqçisi Migel Munyos da eyni sayda matça sahibdir.
Üçüncü yerdə isə Madrid klubunun baş məşqçisi kimi Çempionlar Liqasında 60 oyun keçirən Visente del Boske qərarlaşıb.
Əsas avrokubok turnirində Madrid komandası ilə Zinəddin Zidan 53, Joze Mourinyo isə 36 görüş keçirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью