Ançelotti digər Mbappenin istedadından danışdı

01.09.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransanın “Lill” futbol klubunun yarımmüdafiəçisi Etan Mbappe yeni mövsümün əvvəlində göstərdiyi oyunla diqqət çəkib.

İdman.Biz xəbər verir ki, Kilian Mbappenin 19 yaşlı qardaşı Davide Ançelottinin komandanın baş məşqçisi təyin olunmasından sonra əsas heyətdə daha çox şans qazanmağa başlayıb.

Etan son olaraq Liqa 1-də PSJ ilə 2:2 hesabı ilə başa çatan qarşılaşmada start heyətində meydana çıxıb və oyunu ilə Fransa mətbuatının diqqətini çəkib.

Davide Ançelotti gənc futbolçunun potensialını yüksək qiymətləndirib:

“Onun böyük istedadı var. Mənim üçün əsas məsələ Etanın zədələrdən uzaq qalması və yaxşı fiziki vəziyyətdə olmasıdır. Hazırda çox yaxşı çıxış edir”.

Etan Mbappe mövsümöncəsi hazırlıq zamanı “Leuven”lə yoldaşlıq görüşündə (6:3) peşəkar karyerasında ilk dəfə dubl edib. Ançelotti onu əsasən sağ cinahda, sol ayağı ilə içəriyə doğru hərəkət edə biləcəyi mövqedə istifadə edir.

PSJ-nin yetirməsi olan Etan 2023-cü ildə Luis Enrikenin rəhbərliyi altında əsas komandada debüt edib. O, 2024-cü ildə “Lill”ə keçib. İlk mövsümündə bütün turnirlərdə 14 oyuna çıxsa da, zədələr onun daha çox forma geyinməsinə mane olub.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью