Ançelotti ən çox maaş alan milli komanda məşqçisi olacaq

23.02.2026

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Braziliya Futbol Konfederasiyası Karlo Ançelotti ilə dörd illik yeni müqavilə imzalamağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Ançelottinin maaşı ildə təxminən 40 milyon avro olacaq. Bu isə onu dünyanın ən yüksək maaş alan milli komanda məşqçisi edəcək.
Mütəxəssisin hazırkı müqaviləsində Braziliya millisinin 2026-cı il Dünya Kubokunu qazanacağı təqdirdə 5 milyon avro bonus da nəzərdə tutulur.
Qeyd edək ki, italiyalı mütəxəssis 2025-ci ilin may ayından bəri Braziliya millisinə rəhbərlik edir. Bu müddət ərzində o, səkkiz oyun keçirib, dörd qələbə qazanıb, iki heç-heçə edib və iki dəfə məğlub olub.
Karlo Ançelotti bundan əvvəl “Milan”, “Real Madrid”, “Yuventus”, PSJ, “Bavariya”, “Everton” və “Napoli” klublarına rəhbərlik edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью