Ançelotti fanatların təhqirlərini normal qəbul edir

17.01.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Real” İspaniya Kubokunda “Selta”nı məğlub edib – 5:2.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisinin fanatları oyunun gedişində baş məşqçi Karlo Ançelottini və futbolçuları təhqir edib.

Ançelotti matçdan sonra azarkeşlərin davranışları haqda danışıb:

“Barselona” ilə oyunda baş verənləri nəzərə alsaq, fanatların etdikləri normaldır. Lakin qələbəmizlə onlara cavab verdik. “Bernabeu”da fanatların dəstəyi başlayanda artıq oyun xüsusi olur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью