Ançelotti: “Finallar həmişə fərqlidir”

17.12.2024

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti FİFA Qitələrarası Kubokun əhəmiyyətindən danışıb.

Futbolpress.az xəbər verir ki, sabah keçiriləcək turnirin finalında “Paçuka” (Meksika) ilə qarşılaşacaq Madrid təmsilçisinin çalışdırıcısı oyundan öncə fikirlərini bölüşüb:

“FİFA Qitələrarası Kubokun finalında iştirak ötən mövsümün əlamətdar performansını əks etdirir. Bu, ən mühüm hadisələrdən biridir. Mövsümə başlayanda orada olmaq və finalda oynamaq istəyirsən. Xarakterimizə və qətiyyətimizə görə iştirak etmək bizə qismət oldu. Təbii ki, qələbə qazanmağa çalışacağıq. “Paçuka”nın “Botafoqo” üzərində qələbəsi sürpriz oldu. Çox güclü komanda olduqlarını göstərdilər.

Finallar həmişə fərqlidir. Bəzən rəqibin oyun tərzi Avropa futbolunun tam əksi ola bilir. İntensivlik fərqlidir, bəzən rəqib fiziki cəhətdən güclü olur, taktika fərqli olur. Ona görə də belə matçlarda oynamaq həmişə xoşdur. Maraqlı son olacağını düşünürəm.

Ötən uğurlu mövsümü yaxşı yekunlaşdırmağa borcluyuq. Əlbəttə, klub üçün daha bir beynəlxalq klub turnirində qalib gəlmək çox vacibdir, çünki bütün dünyada çoxlu azarkeşlərimiz var və onlar bu kuboku qazansaq, sevinəcəklər”.

Böyük beşlik, Əsas xəbərlər Ançelotti Mbappenin durumundan danışdı

11 Dekabr 2024, 10:38

Böyük beşlik, Əsas xəbərlər Ançelotti hücumda dəyişiklik edəcək

30 Noyabr 2024, 12:52

Böyük beşlik, Əsas xəbərlər “Real” Arnold üçün hərəkətə keçdi

29 Noyabr 2024, 23:35

Böyük beşlik, Əsas xəbərlər “Real”ın futbolçusu komandayla məşqə qoşulub

29 Noyabr 2024, 17:43

Dünya futbolu, Əsas xəbərlər “Real” hər il olduğu kimi yenə növbəti mərhələyə yüksələcək”

28 Noyabr 2024, 10:09

Böyük beşlik, Əsas xəbərlər Ançelottinin “Liverpul”a qarşı start heyəti bilindi

27 Noyabr 2024, 18:29

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью