Ançelotti gedir, ya qalır?

20.01.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliyalı mütəxəssis, "Real"in baş məşqçisi Karlo Ançelottinin gələcəyi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə "Onda Cero" məlumat yayıb.

Ançelotti cari mövsümün sonunda İspaniya klubunu tərk edəcək. Onun klubdan ayrılmaq qərarına gəldiyi vurğulanır. "Real" mövsümü kuboklarla başa vursa belə, Ançelotti Madrid təmsilçisində qalmayacaq. Məşqçinin "Real" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Karlo 2021-ci ildən "Real"a rəhbərlik edir. Bu müddət ərzində komanda 2 dəfə İspaniya çempionu olub, Çempionlar Liqasını, UEFA Super Kubokunu və klublararası dünya kubokunu qazanıb. Mütəxəssis 2013-2015-ci illərdə də "Real"ı çalışdırıb.

Qeyd edək ki, Karlo Ançelotti əvvəllər “Milan”, “Çelsi”, “Everton”un da baş məşqçisi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью