Ançelotti: “İli xoş əhvalla başa vurduq”

23.12.2024

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqada "Sevilya"la qalib gəldikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis 4:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

"Çox yaxşı oynadıq, şanslar yaratdıq. Hücumda effektiv ola bildik. Müdafiədən yaxşı çıxdıq, irəlidə oyunçuları topla təmin etdik. Ümumiyyətlə, oyundan razı qaldım. İli xoş əhvalla başa vurduq".

"Real" La Liqada 40 xalla ikinci sıradadır. Lider "Atletiko"nun isə 41 xalı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью