Ançelotti İtaliya klubunun hədəfinə tuş gəldi

04.02.2025

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Roma” mövsümün sonunda baş məşqçi Klaudio Ranyeri ilə yolları ayıracaq.

Futbolpress.az xəbər verir ki, paytaxt klubunda cari mövsüm ərzində 3 məqşi dəyişikliyi yaşandı – De Rossi, Niko Yuriç, Klaudio Ranyeri. İtaliya klubu bu problemi həll etmək üçün Karlo Ançelottini heyətinə qatmaq istəyir. O, hazırda “Real”ın baş məşqçisidir.

Klub sahibləri 65 yaşlı çalışdırıcını komandanın başına keçməyə razı salmağa çalışırlar. Digər iddia isə Ançelottinin Roma ilə sıx əlaqələrinin olmasıdır. O, 1979-1987-ci illərdə “Roma”da çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью