Ançelotti İtaliya millisinin baş məşqçiliyindən niyə imtina etdiyini AÇIQLADI

15.04.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

İspaniya çempionu "Real"ın baş məşqçisi Karlo Ançelotti İtaliya millisinə rəhbərlik etməkdən niyə imtina etdiyini açıqlayıb.

“Bunu istəmədiyimi bildiyim üçün imtina etdim.

Mən hər gün bazada olmaqdan, məşqə hazırlaşmaqdan çox həzz alıram və hiss edirdim ki, milli komandaya görə ehtirasımın bir hissəsini itirəcəyəm”, - Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Ançelotti deyib.

Karlo Ançelotti 2021-ci ildən "Real"ı çalışdırır. Onun Madrid klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью