Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Real"ın baş məşqçisi Karlo Ançelotti "Qızıl skamya" mükafatına layiq görülüb.
QOL.az xəbər verir ki, mükafatlandırma mərasimi İtaliyanın Coverciano məşqçi məktəbində keçirilib.
Bundan əvvəl A seriyasında 2023/24 mövsümünün ən yaxşı məşqçisi seçilən Simone İnzaqi (“İnter”) də bu mükafata layiq görülmüşdü.
Qeyd edək ki, Ançelotti 2021-ci ilin yayından "Real"ı çalışdırır. Bundan əvvəl o, 2013-2015-ci illərdə Madrid klubunda çalışıb. 65 yaşlı italiyalı məşqçi həm də “Everton”, “Napoli”, “Bavariya”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus” və “Parma”nı çalışdırıb.