Ançelotti Mançester Siti ni ÇL in pley offunda görmək istəmir

23.01.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Real"ın baş məşqçisi Karlo Ançelotti "Mançester Siti"nin ÇL-in pley-offuna vəsiqə qazana bilməməsinin ehtimalından danışıb. 

QOL.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Jurnalistin verdiyi suala mütəxəssis deyib:

– "Mançester Siti" Çempionlar Liqasının pley-offuna vəsiqə qazana bilməsə, sizin üçün şad xəbər olar?
– Bəli, çünki mənim üçün "Mançester Siti" həmişəki kimi Çempionlar Liqasını qazana biləcək komandalardan biridir. 

Qeyd edək ki, 7 turdan sonra "şəhərlilər" 8 xal toplayıblar və hazırda turnir cədvəlində 25-ci yerdədirlər. "Real" isə 12 xalla 16-cı yerdədir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью