Ançelotti Mbappenin durumundan danışdı

11.12.2024

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında "Atalanta" ilə matçda zədə alan Kilian Mbappenin durumu haqda danışıb. Sport24.az xəbər verir ki, mütəxəssis fransalı hücumçunun durumunun ciddi olmadığını deyib:

"Problemi həddindən artıq yüklənmə idi. Oyunun gedişində narahatlıq hiss etdi və riskə getmədik. Mbappeni bunun üçün əvəzlənib. Durumu ciddi görünmür".

"Real" "Atalanta"nı 3:2 hesabıyla məğlub edib. Mbappe komandasının birinci qolunu vurub, lakin elə ilk hissədəcə əvəzlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью