“Ançelotti məndən qat qat üstündür”

12.03.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalının cavab oyunu öncəsi keçirilən mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis “Real”ın baş məşqçisi Karlo Ançelotti haqda danışıb:

“Ançelotti ilə oxşar cəhətlərim? Mən uzun müddət İtaliyada oynamışam və o, orada doğulub. İtaliya futbolundakı təcrübəmiz bizi birləşdirir. Ançelottinin məndən qat-qat üstün olduğu açıq-aşkardır”.

“Santyaqo Bernabeu”da keçirilən ilk matçda “Real” 2:1 hesabı ilə qalib gəlib.

İki Madrid nəhəngi çərşənbə günü üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью