Ançelotti Mərakeşi təriflədi “Möhtəşəm oyun olacaq”

13.06.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın qrup mərhələsində Mərakeşə qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, italiyalı mütəxəssis matçöncəsi mətbuat konfransında rəqibə böyük hörmətlə yanaşdıqlarını bildirib.

“Mərakeş çox güclü komandadır. Onlara böyük hörmətlə yanaşıram. Afrikanın ən yaxşı millilərindən biri ilə qarşılaşacağıq. Düşünürəm ki, bizi möhtəşəm oyun gözləyir”, - deyə Ançelotti vurğulayıb.

O, həmçinin zədə səbəbindən hələ tam hazır olmayan Neymar barədə də danışıb:

“Neymar hazır olmaq üçün çox çalışır. Gələn həftə oynamağa hazır ola bilər. Onu yalnız meydandakı keyfiyyətinə görə deyil, gənc futbolçular üçün nümunə olması baxımından da milliyə dəvət etmişik”.

Qeyd edək ki, C qrupunun Braziliya – Mərakeş oyunu iyunun 14-ü də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 02:00-da başlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью