Ançelotti onları yığmaya çağırmadı

26.08.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Futbol üzrə Braziliya milli komandasının dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları üçün heyəti açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, baş məşqçi Karlo Ançelotti “Santos”un məşhur hücumçusu Neymarı heyətə cəlb etməyib. 

İtaliyalı mütəxəssis sabiq çalışdırıcısı olduğu “Real Madrid”in braziliyalı futbolçularından da (Vinisius Junior, Eder Militao, Rodriqo, Endrik) heç birini yığmaya çağırmayıb.

Qeyd edək ki, Braziliya millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Çili, 10-da isə Boliviya ilə qarşılaşacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью