Ançelotti Real ın problemlərindən danışdı

13.04.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandasının performansındakı enişdən danışıb.

QOL.az "Managing Madrid"ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis deyib:

"Vinisiusun forması? Bunu söyləmək çətindir. Xüsusilə son həftələrdə təkcə fərdi oyunçular arasında deyil, ümumi oyunda eniş müşahidə etdik. Son oyunlarda çoxlu qol buraxırıq və bunu dayandırmalıyıq. Ən əsası komandanın liderləri həmişəki kimi oyuna təsir edə bilmir".

"Real" hazırda 63 xalla La Liqada 2-ci yerdədir. Komanda lider "Barselona"dan 7 xal geri qalır.

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Ançelottinin komandası səfərdə “Arsenal”a 0:3 hesabı ilə uduzmuşdu. Cavab oyunu aprelin 16-da Madriddə keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью