Ançelotti Real Madrid dən ayrılmağı düşünür

31.03.2025

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti mövsüm başa çatdıqdan sonra klubu tərk etmək istəyir.

Apasport.az xəbər verir ki, o, müqaviləsi bitmədən komandadan ayrıla bilər.

İtalyan məşqçi "Real"dakı gələcəyindən əmin deyil. Bundan əlavə, Ançelotti "Bayer"in baş məşqçisi Xabi Alonso və "Real" arasındakı danışıqlardan xəbərdardır.

Digər səbəb isə Karlonun oğlu və köməkçisi Davide Ançelottinin cari mövsümün sonunda komandadan ayrılmaq istəməsidir.

Xatırladaq ki, Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi vəzifəsinə namizədlərdən biri hesab olunur.

 "Fənərbaxça" - "Qalatasaray" matçının baş hakimi bəlli olub "Bayer" 32 milyona yeni müdafiəçi alacaq Günün matçları bu kanallarda - Siyahı Bardakçı Premyer Liqa klubunun hədəfində "Bu hərəkət "Beşiktaş"a yaraşmadı“
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью