Ançelotti “Real Madrid”dən getdi Rəsmi

23.05.2025

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İspaniyanın “Real Madrid” klubu baş məşqçisi Karlo Ançelottinin klubu tərk edəcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Real Madrid”in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər italiyalı mütəxəssisin hazırkı müqaviləsinə xitam vermək barədə razılığa gəliblər.
“Real Madrid”in yaxın vaxtlarda Xabi Alonso ilə müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Ançelotti 2021-ci ildən komandaya rəhbərlik edib. O, “Real Madrid”lə üç Çempionlar Liqası, üç Klublararası Dünya Kuboku, üç Avropa Super Kuboku, iki İspaniya Superkuboku, iki İspaniya Super Kubokunun qalibi olmaqla, klubun ən mükafatlı məşqçisi olub. O, “Real Madrid”in sükanı arxasında olduğu 6 il ərzində ümumilikdə 15 titul qazanıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью