Ançelotti Real tarixində bunu bacaran ikinci məşqçi oldu

20.01.2025

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyada La Liqanın 20-ci turunun oyununda "Real" doğma meydanda "Las Palmas"ı 4:1 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti üçün bu qələbə onun "Los Blankos"un "sükanı arxasında" İspaniya çempionatında sayca 150-ci olub. İtaliyalı mütəxəssis klub tarixində bu həddə çatan ikinci məşqçi olub. Buna yalnız Migel Munyos nail olub.

La Liqa tarixindəki bütün məşqçilər arasında Ançelotti qələbə sayına görə 22-ci yerdədir. Lider Luis Araqonesdir - 344.

Heybət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью