Ançelotti Siti yə ilişdi : Bu olmasa, yaxşı olar

23.01.2025

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 7-ci turunda "Zalsburq"u məğlub etdikdən (5:1) sonra maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, "Mançester Siti"nin turnirin pley-off mərhələsinə vəsiqə qazanmamaq riski barədə danışıb.

"Mançester Siti" Çempionlar Liqasında çempionluğa əsas namizədlərdən biridir. Əgər pley-offa yüksələ bilməsələr, bu, yaxşı xəbər olacaq”.

Qeyd edək ki, "şəhərlilər" PSJ-yə (2:4) məğlub olub və hazırda turnir cədvəlində 25-ci yeri tutur.

Heybət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью