Ançelotti üçün 2 və 22

20.01.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Real” İspaniya La Liqasının XX turunda “Las Palmas”ı məğlub edib – 4:1.

Futbolpress.az xəbər verir ki, bu, “kral klubu”nun çalışdırıcısı Karlo Ançelottinin 150-ci qələbəsi olub.

İtaliyalı mütəxəssis klub tarixində qələbə sayında ikinci sıradadır. Birinci pillədə isə Migel Munyosdur.

Ançelotti İspaniya La Liqasında ən çox qələbə görən məşqçilər arasında isə 22-cidir. Birinci pillədə sabiq “Atletiko”lu Luis Araqones yer alıb – 344 qələbə.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью