Ançelotti yenə “ən yaxşı” oldu

25.03.2025

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti 2023/2024 mövsümünün ən yaxşı italyan məşqçisi seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, həmin mövsüm Karlo Ançelotti “Real Madrid”lə İspaniya çempionluğunu qazanaraq, cəmi bir məğlubiyyətlə üzləşibş
Komanda, həmçinin finalda “Borussiya Dortmund”u 2-0 məğlub edərək Çempionlar Liqasının qalibi olub.
Cari mövsümdə 28 oyundan 60 xal toplayan “Real Madrid” İspaniya çempionatının turnir cədvəlində ikinci yerdədir.
Çempionlar Liqasında İngiltərənin “Arsenal” klubu ilə qarşılaşmağa hazırlaşan klub turnirin 1/4 finalına yüksəlib.
İspaniya kubokunda Ançelottinin yetirmələri ilk yarımfinal oyununda “Real Sosyedad”a 1:0 hesabı ilə qalib gəlib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью