Ançelotti zədələnən Mbappenin durumunu açıqladı | Icma.az
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. "Real"ın futbolçusu Kilian Mbappe zədələnib.
QOL.az xəbər verir ki, 26 yaşlı hücumçu ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda "Atalanta" ilə görüşün 36-cı dəqiqəsində sıradan çıxıb.
O, oyuna davam edə bilməyib və Rodriqo ilə əvəzlənib. Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti qarşılaşmadan sonra fransalı forvard
O deyib: "Mbappenin zədəsi çox ciddi görünmür. Aşırı yüklənmə səbəbindən yaranan ağrı oldu".
Qeyd edək ki, Mbappe bu ilin yayında PSJ-dən ayrıldıqdan sonra "Real"a keçib.
O, cari mövsümdə "Real" üçün 22 matça çıxıb, 12 qol vurub və 2 qolun ötürməsini verib.
Kilian bu qollardan birinə ötən gecə "Atalanta" ilə görüşdə penaltini dəqiq yerinə yetirməklə imza atıb.
Sözügedən matç "kral klubu"nun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Tam oxu
Xəbəri oxu