Ançelottidən istefa xəbərlərinə münasibət

22.04.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real"ın baş məşqçisi Karlo Ançelotti cari mövsümün sonunda istefaya göndəriləcəyinə dair məlumatlara münasibət bildirib.

QOL.az xəbər verir ki, mütəxəssis deyib: 

“Futbolda hər şey mümkündür. Baş verən hər şey sizi təəccübləndirirmi? Mən heç kimdən qisas almaq fikrində deyiləm. Mən bu işi sevirəm. Baş məşqçiliyə mümkün qədər uzun müddət davam etmək istəyirəm. Qalmağımı istəməsələr, hər kəsə təşəkkür edəcəyəm və gedəcəyəm".

Qeyd edək ki, Ançelotti 2021-ci ilin yayından Madrid təmsilçisini çalışdırır. O, 2013-2015-ci illərdə də bu komandaya baş məşqçilik edib.

"Real"ın ÇL-də mübarizəni dayandırmasında sonra Ançelottinin klubdan göndəriləcəyinə dair xəbərlər çoxalub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью