Ançelottidən Neymara məsləhət

08.11.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Brazliya millisinin baş məşqçisi Karlo Ançelotti futbolçusu Neymardan danışıb.

QOL.az-ın məlumatına görə, mütəxəssis 33 yaşlı hücumçuya məsləhətlər verib:

"Düşünürəm ki, Neymar mövqeyini dəyişməlidir. O, cinah oyunçusu kimi deyil, mərkəzdə oynamalıdır. Çünki indiki futbolda cinah oyunçuları müdafiədə də kömək etməli olan oyunçulardır. Bir az mərkəzdə oynadığınız zaman müdafiədə görəcəyiniz iş çox az olur".

Qeyd edək ki, dizindən ciddi zədə alan Neymar 2023-cü ilin oktyabrından Braziliya millisində oynamayıb. O, diqqətini 2026-cı il dünya çempionatına qədər optimal formaya qayıtmağa yönəldib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью