Ançelottidən sonra “Real”ı o idarə edəcək | Icma.az
Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Real”ın baş məşqçisi Karlo Ançelotti istefaya göndərilsə, onu müvəqqəti əvəzləyəcək üç namizəd məlum olub.
Publika.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.
Ançelottinin potensial əvəzediciləri bunlardır: Zinəddin Zidan , Raul Qonsales, Santyaqo Solari.
Fransız üç ildən artıqdır ki, məşqçi kimi çalışmır, lakin qısamüddətli müqaviləyə razılıq verməyəcək.
“Kral klubu” isə məhz qısamüddətli məşqçi axtarır. Çünki “Real”ın planlarına görə, Xabi Alonso gələn mövsümün əvvəlində kluba gətiriləcək.
Raul 6 ilə yaxındır ki, Madrid klubunun akademiyasına rəhbərlik edir, Solari isə klubun futbol direktorudur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu